Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Yeni kitab Şükür Mürsəloğlu. “Qar kölgəsi”.

Yeni kitab Şükür Mürsəloğlu. “Qar kölgəsi”.

Bir neçə gün əvvəl bir kitabın təqdimatına toplaşmışdıq. Olduqca səmimi, şablonçuluqdan uzaq bir mühit idi və gələnlər hamısı şairin yaradıcılığını sevən dostları idi. Məclsdə mən də iştirak edirdim və uzun zamandır görmədiyim neçə-neçə söz adamı ilə, laçınlılarımızla görüşdüm...
...Şükür Mürsəloğlunu hələ gənclik illərindən tanıyıram. O zamanlar işlədiyim “Laçın” qəzetində ayda bir dəfə ədəbiyyat səhifəsi verirdik və orijinal dəst-xətti, obrazlı, məna yüklü poeziyası ilə seçilən Şükür Mürsəloğlunun şeirlərini də məmnuniyyətlə dərc edirdik...
Şükür Mürsəloğlunun “Qar kölgəsi” kitabı 2018-ci ildə “Qanun” nəşriyyatında işıq üzü görüb. Redaktoru və ön sözün müəllifi şair İlham Qəhrəmandır. “İki iqlim eyni qütbə sığmadı”, “”Ağ göyərçin”, “Tutulub qalmışam bulud qəhərdə” adlı maraqlı bölmələrdən ibarət kitabı adam birnəfəsə oxuyur, ayrılmaq istəmir. Çünki şairin özünəməxsus şirin deyim tərzi, poetik ustalığı, bədii obrazları oxucunu özünə elə cəlb edir, elə ovsunlayır ki!.. Bu şeirlərdə hər kəs öz həyatından, yaşantılarından nə isə tapa bilər.
Kitabın məziyyətlərindən, Şükür Mürsəloğlunun yaradıcılığından çox yazmaq  olar. Amma ən yaxşısı kitabı oxumaqdır. Şairə uğurlar, yeni-yeni kitablar arzu edirəm!
Şöhlət ABBAS,
“Pillələr” qəzetinin baş redaktoru.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.