Azərbaycanca Russin English
Hot news:
» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army» Elşən Ağamalı» The Ombudsman's Office representatives visited the military units» Air Defense Units exercises are being continued» On October 22 the daytime forecast in Baku and Absheron peninsula» Azerbaijan Defense Minister meets with the leadership of the Czechoslovak Group holding company» War College of the Armed Forces began admission to the Adjuncture» Air Defense Units conducted combat firing using “OSA” Anti-Aircraft Missile System
» » Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının Bakı konfransı başa çatıb

Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının Bakı konfransı başa çatıb

Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) sentyabrın 15-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, konfransın bağlanış mərasimində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov bir neçə ay davam edən təşkilati işlərdən sonra Bakıda keçirilən üçgünlük konfransın öz məqsədinə nail olduğunu deyib. Tədbirə dəstək verdiyinə görə Azərbaycanın dövlət qurumlarına və ali məktəblərinə minnətdarlığını bildirən B.İbrahimov 38 ildən sonra IFAC-ın konfransının yenidən Bakıda keçirilməsindən qürur hissi duyduğunu vurğulayıb.
IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover, Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek çıxış edərək konfransın təşkilindən, Azərbaycanın IFAC-a üzvlüyündən məmnunluqlarını, azərbaycanlı alimlərin IFAC-ın sıralarında fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər. “TECIS 2018”in onların gözləntilərini doğrultduğunu deyən alimlər bundan sonra da Azərbaycanda IFAC-ın konfranslarının müntəzəm keçirilməsinin tərəfdarı olduqlarını qeyd ediblər.
Sonra gənc alimlər IFAC tərəfindən mükafatlandırılıblar.
Konfransın son günü keçirilən sessiyalarda Azərbaycandan Manafəddin Namazov, Abbas Əlili, Nərmin Rzayeva, Yunanıstandan Bountis Anastasios, Türkiyədən Çingiz Hacıyev, Avstriyadan Valmir Hoxha, Bolqarıstandan İvan Simeonov, Fransanda Sorin Olaru və digər alimlərin iştirakı ilə “Ürək fəaliyyətində dəyişikliklərin spektral səs izləmə texnologiyaları”, “İkimərhələli biotexnoloji proseslərin modelləşdirilməsi və ekstremal tədqiqat idarəetməsi”, “Biotibbi texnologiyalar sistemi”, “Mürəkkəb idarəetmə texnologiyaları və ağıllı qərarqəbuledici sistemlər”, “Dayanıqlı dizayn və texnoloji idarəetmə”, “Beynəlxalq şirkətlərin sənayesində internet təhlükəsizliyi”, “Avtomatik işıq detektorlu və hesabat verən robotlar”, “Özünü bərpa və dərk edən robotlar” və digər mövzularda müzakirələr aparılıb, təqdimatlar keçirilib.
Konfrans çərçivəsində Bibiheybət Neft-Qazçıxarma İdarəsində, Sumqayıt Texnologiyalar Parkında olan tədbir iştirakçılarına burada tətbiq edilən idarəetmə sistemləri üzrə əhəmiyyətli elmi nailiyyətlər barədə ətraflı məlumat verilib.

Rəy: 0
Rəy əlavə et